"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan hökuməti insan alveri ilə bağlı proqramı təsdiq edib

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, proqramın məqsədi insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şəraitin yaradılmasıdır.

Proqramın vəzifələri isə insan alverinə məruz qala bilən həssas əhali qruplarının, o cümlədən valideyn himayəsindən məhrum olmuş, baxımsız qalan uşaq və yeniyetmələrin, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan vətəndaşların sosial müdafiəsini təmin etməkdir.
Proqramda bu sahədə tədbirlərin həyata keçiriliməsi üçün aidiyyəti dövlət orqanları qarşısında vəzifələr qoyulub.

Proqramla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinə 2011-2012-ci illərdə uşaqların mənəviyyatına, sağlamlığına və inkişafına zərər vuran informasiyalardan mühafizənin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması tapşırılıb.

Əlaqədar dövlət orqanlarına 2011-ci ildə övladlığagötürmə prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb təqdim etmələri tapşırılıb.

2011-2013-cü illərdə tətil günlərində gəlir əldə etmək istəyən gənclərin haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılması və bu işlərin təşkil edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyinə həvalə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə mütəmadi olaraq əmək bazarına dair məlumatları rəsmi internet ünvanında yerləşdirməlidir.

Trend

Təqvim

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO