"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Avropa İttifaqı ilə ədliyyə sahəsində mühüm layihələr həyata keçirilir

Ölkəmiz tərəfindən Avropa strukturları, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində mühüm layihələr, o cümlədən ədliyyə sisteminin inkişafına dair proqramlar icra olunur. Belə ki, Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq qanunun aliliyi və insan hüquqlarının qorunmasına xidmət edən «Azərbaycanda ədliyyə islahatlarına dəstək» proqramı razılaşdırılaraq həyata keçirilir. 2011-2013-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən bu layihə vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, məhkumların islah olunması, onlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması, probasiya təcrübəsinin öyrənilməsi, müxtəlif maarifləndirmə və tədris tədbirlərinin keçirilməsi ilə bağlı işlərin görülməsini nəzərdə tutur.
Həmin layihələrin icrası vəziyyətinin müzakirə olunması məqsədilə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizə səfər edən Avropa İttifaqının məsul nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri vurğulanmış, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aparılan demokratik islahatların təqdir edilməsi, birgə həyata keçirilən proqramların əhəmiyyəti və faydası qeyd olunaraq, bu mühüm layihələrin uğurla icra olunacağına əminlik ifadə olunmuşdur.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaqlar Avropa İttifaqının Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi niyyətində olduğunu bildirmiş, layihələrin daha da zənginləşdirilməsi üçün ölkəmizdə uğurla aparılan ədliyyə və məhkəmə islahatlarının son nailiyyətləri ilə maraqlanmışlar.
Eyni zamanda, qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunmuş, Hərtərəfli İnstitusional Quruculuq birgə proqramı üzrə qarşıda duran işlərdən danışılmış, habelə layihələrin səmərəsinin artırılmasına dair konkret təkliflər irəli sürülmüş və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

www.justice.gov.az

Təqvim

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO