"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Polis sizi hansı halda şöbəyə apara bilər?

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev ANS PRESS-ə müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib. Azərbaycanda vətəndaşların öz hüquqlarını bilməməsi bir çox hallarda onlar üçün problem yaradır, onların aldanmasına və digər xoşagəlməz halların ortaya çıxmasına səbəb olur. Belə hallar daha çox polis-vətəndaş münasibətində ortaya çıxır. Kimi məhkəmə qərarı təqdim olunmadan şəxsiyyət vəsiqəsini polis əmkdaşına verir, kimi evinə və üzərinə baxış keçirərkən polisdən müvafiq sənəd tələb etmir və sair… Bu və digər hüquqa zidd əməllərin tez-tez baş verdiyini nəzərə alaraq bir neçə sualla Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyevə müraciət etdik.

-Polis hansı hallarda vətəndaşı polis şöbəsinə apara və ya dəvət edə bilər?
-Vətəndaş tərəfindən ictimai asayiş pozularsa, konkret olaraq cinayət əməli baş verərsə, inzibati xətanın tərkibini yarada bilən az əhəmiyyətli hüquq pozuntusu belə baş verərsə, belə halda polis vətəndaşa yaxınlaşaraq özünü təqdim edir. Ya məsələ yerində həll olunur, ya da zərurət yaranarsa, vətəndaşı ərazi üzrə polis bölməsinə, sahə inspektorunun məntəqəsinə və yaxud da polis idarəsinə aparır. Bunun üçün vətəndaş tərəfindən mütləq qaydada inzibati xəta və yaxud da cinayət tərkibli əməl baş verməlidir.

Ola bilər ki, polisdə vətəndaşın üzərində narkotik vasitə olma ehtimalı, axtarışda olan cinayətkar olması, üzərində soyuq və yaxud isti silah olması barədə kifayət qədər məlumat var. Belə hallarda əsas varsa, polis vətəndaşa yaxınlaşıb məsələni araşdıra bilər. Vətəndaş yalnız polis ona əsassız yaxınlaşdığı halda etiraz edə bilər.

Vətəndaşların polis bölməsinə aparılmasına və yaxud dəvət olunmasına gəldikdə isə əgər vətəndaş ciddi cinayət əməlini törətməkdə təqsirli bilinmirsə, həmin zaman vacib işi varsa, işə gecikirsə o, işinin ardınca gedə bilər. Bir şərtlə ki, əgər vətəndaşın şəxsiyyəti, yaşayış yeri məlumdur, onun şəxsiyyəti haqda polisdə kifayət qədər məlumat var və o qədər də ciddi cinayət əməli yoxdur. Bu halda o, gün ərzində özü könüllü olaraq polis şöbəsinə gedə bilər.

-Polis hansı halda vətəndaşın sənədlərini müsadirə edə bilr?
-Bəzən polis vətəndaşın şəxsiyyət vəsiqəsini, hərbi biletini, sürücülük vəsiqəsini və s. alıb özündə saxlayır ki, bu, qətiyyən yolverilməz haldır və qanuna ziddir. Bunu polis nəfəri şübhəli şəxsin yayınmaması üçün edir. Amma sənədin alınması yalnız və yalnız məhkəmənin müvafiq qərarından sonra işi araşdıran müstəntiq tərəfindən alına bilər. Bu qərar olmadan heç kimin vətəndaşın pasportunu almağa birmənalı olaraq hüququ yoxdur.

-Polis mülki geyimdə vətəndaşa yaxınlaşıb onu ərazi üzrə polis bölməsinə dəvət edə bilər?
-Əgər belə hal ba. verirsə, bu halda polis nəfəri vətəndaşa özünü təqdim etməklə özünün həqiqətən də polis olmasını təsdiq edən sənəd göstərməlidir. Bu sənədin üzərində isə Daxili İşlər Nazirliyinin möhürü, nazir və yaxud da nazir müavinlərinin imzası olmalıdır.

-Şəxsi evlərdə hansı hallarda axtarış aparıla bilər?
-Polisin vətəndaşların üzərində və mənzillərdə axtarış aparması əvvəllər prokurorun sanksiyası ilə tətbiq olunurdu. İndi isə belə axtarış yalnız və yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Əgər polisdə əvvəlcədən vətəndaşın hansısa cinayətdə şübhəli bilinməsi ilə bağlı məlumatı yoxdursa, məhkəmənin qərarı olmadan heç kim vətəndaşın üzərinə baxış keçirə bilməz. Baxış zamanı hal şahidlərinin iştirakı isə Sovet dövründən qalma bir prosesdir. Hazırda həm sivil, həm də yarımsivil ölkələrdə hal şahidindən imtina edilib. Hazırda bizdə də hüquqşunaslar, əməliyyatçılar və istintaqçılar təkliflə müraciət edirlər ki, prosesual qanunvericilikdə hal şahidi deyilən institut ləğv olunsun.

-Səbəb nədir?
-Səbəb çox sadədir. Deyək ki, məhkəmənin qərarı ilə gecə saat 02.00, 03.00, 04.00 və digər saatlarda kiminsə evinə təxirə salınmamaq şərti ilə baxış keçirilməlidir. Bu halda axtarışı həyata keçirən hüquq-mühafizə orqanı hal şahidini haradan tapacaq?! Bu saatda kiminsə qapısını döyüb onu hal şahidi kimi çağırmaq olmaz.

ANS PRESS

Təqvim

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO