"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Uşaq hüquqlarını pozan valideynlər məsuliyyətə cəlb oluna bilərlər

Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib. O deyib ki, valideynlər tərəfindən uşaq hüquqlarının pozulmasının qarşısını almaq üçün valideynlərin məsuliyyəti artırılmalıdır.

“15 yaşında qız ərə verilirsə, onun hüquqları pozulursa, həmin uşağa qarşı zorakılıq valideyn tərəfindən edilir. Məsələyə “uşaq mənimdir, oxutmuram, əl çəkin” mövqeyi ilə yanaşanlar Konstitusiya və qanunlara hörmətsizlik edir”, – Komitə sədrinin müavini deyib.

Qəhrəmanovanın sözlərinə görə, valideyn övlad üzərində məsuliyyətini dərk etməlidir.

“Həmin uşaq tək ailə üçün deyil, həm də dövlət və cəmiyyət üçün yetişdirilir. Bunu valideyn dərk etməzsə, o hər bir formada cəzalandırılmalıdır. Bu məsuliyyət həm inzibati, həm də cinayət məsuliyyəti ola bilər”, – Qəhrəmanova vurğulayıb.

Trend

Təqvim

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO