"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda yeni seçici siyahıları təsdiqlənib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.Trend-in məlumatına görə, iclasda seçici siyahılarının təsdiq olunması ilə bağlı müzakirələr aparılıb. MSK sədri Məzahir Pənahov qeyd edib ki, Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq hər il yanvar ayından etibarən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılır. Onun sözlərinə görə, hazırda Azərbaycanda təxminən 4 milyon 900 min nəfər seçici var.

O qeyd edib ki, Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yüksək səviyyədə həyata keçirilir.”Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi praktikası beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Beynəlxalq standartlar baxımından yanaşsaq, Azərbaycanda seçici siyahıları ilə bağlı heç bir problem yoxdur”, – Pənahov bildirib. İclasda qeyd olunub ki, bu il Azərbaycan seçicilərinin sayı 27 min 95 nəfər artıb. Yeni siyahıya əsasən, Azərbaycanda 4 873 642 seçici qeydiyyata alınıb.

Daha sonra səsvermə nəticəsində yeni seçici siyahıları təsdiq olunub.

Trend

Təqvim

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO