"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda pornoqrafik materialları qanunsuz yayma cinayəti ilə bağlı cəza

Azərbaycanda pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayəti ilə bağlı cəza sərtləşdiriləcək. Trend-in məlumatına görə, “Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsində məcəllənin pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma adlanan 242-ci maddəsinin sanksiyasının dəyişdirilməsi təklif olunur. Layihədə qeyd olunur ki, bu cinayəti törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan qanunvericilikdə bu cinayətə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri cəzası nəzərdə tutulub. Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma dedikdə, həmin materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya videomateriallar, şəkillər və sair əşyalarla qanunsuz ticarət başa düşülür. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq Milli Məclisin iclasında müzakirə üçün təqdim olunub.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO