"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan məhkəməsi Rusiya vətəndaşını 7 il azadlıqdan məhrum edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan Rusiya Federasiyasına külli miqdarda xarici valyuta keçirməkdə təqsirləndirilən Dağıstan sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Abdulla Maqomedov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2010-cu ilin sentyabrında Dağıstan sakini Abdulla Maqomedov Azərbaycandan Rusiyaya içərisində 1 milyon 700 min manat dəyərində xarici valyuta (ABŞ dolları və rus rublu) olan çantanı keçirmək istəyərkən Xaçmaz rayonundakı gömrük-keçid məntəqəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO