"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

2011-ci ilin birinci rübü üzrə paytaxtda baş verən cinayətlərlə bağlı hesabat

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 2011-ci ilin birinci rübü üzrə paytaxtda baş verən cinayətlərlə bağlı hesabatını açıqlayıb.
Milli.Az xəbər portalının “Polis” qəzetinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Bakı şəhərində 2671 cinayət hadisəsi qeydə alınıb. Onların 2393-ü az ağır və böyük ictimai təhlükə törətməyən, 278-i isə ağır və xüsusilə ağır cinayətlər olub. Ötən ilin 1-ci rübü ilə müqayisədə bütövlükdə ağır cinayətlər 118 fakt (29,8 faiz), soyğunçuluq 8 fakt (12,7 faiz), mənzil oğurluqları 19 fakt (8,6 faiz), dələduzluqlar 44 fakt (23,5 faiz) azalıb, ölümə sui-qəsdlər və qəsdən sağlamlığa az ağır xəsarət yetirmələr sabit qalıb. Ümumi cinayətlərin 72 faizinin, ağır növ cinayətlərin 68,5 faizinin, o cümlədən ölümə sui-qəsdlərin, zorlamaların, adam oğurluqlarının, hədə-qorxu ilə tələb etmələrin və avtomaşın oğurluğu cinayətlərinin hamısının açılması təmin edilib.

Məlumatda bildirilir ki, hesabat dövründə qeydə alınan 746 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 695-nin (94,4 faiz) açılması təmin edilib. Bununla belə, ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınmış 12 qəsdən adam öldürmələrin 77,8 faizi, ölümə sui-qəsdlərin 100 faizi, quldurluqların 60 faizi, soyğunçuluqların 57,1 faizi açılıb. Eyni zamanda, 15 soyğunçuluq və quldurluq cinayəti törətmiş 29 nəfərdən ibarət 10 qrup, eləcə də 7 mənzil oğurluğu cinayəti törətmiş 13 nəfərdən ibarət 5 qrup ifşa edilib.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində 60 kiloqram 787 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Axtarışda olan təqsirləndirilən şəxslərin tutulması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 543 cinayətkardan 192-nin (35,4 faiz) tutulması təmin edilib, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 55, qalıq isə 9 fakt azalıb.

Məlumatda həmçinin bildirilir ki, cari ilin birinci rübündə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən qanunsuz keçirilməsinə cəhd göstərilən iki aksiyanın qarşısı alınıb, bu müddətdə şəhər miqyasında keçirilən kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunub.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO