"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Nəqliyyat qəzaları ilə bağlı cinayət məsuliyyəti yaradan maddənin sanksiyasında dəyişiklik ediləcək

Azərbaycanda nəqliyyat qəzaları ilə bağlı cinayət məsuliyyəti yaradan maddənin sanksiyasında dəyişiklik ediləcək. Trend-in məlumatına görə, “Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsində nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinə görə sanksiyalar fərqləndirilib.
Təklif olunan dəyişikliyə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda (263.1-ci maddə) 2 ilədək müddətə nəqliyyat vasitəsini idarəetmək hüququndan məhrum edilməklə 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan məcəlləyə görə, bu maddənin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub və bu cəza həm az ağır, həm də ağır zərər vurulması zamanı tətbiq olunur.
Təklif olunan dəyişikliyə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq Milli Məclisin iclasında müzakirə üçün təqdim olunub.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO