"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda istintaq təcridxanasına mobil telefonlar keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına mobil telefonların keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend-in Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, aprelin 26-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasında saxlanılan 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinən Hüseynov Ceyhun Qəhrəman oğlunun yanına görüşə gəlmiş qohumu Hüseynov Elmar Aydın oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman sənaye istehsalı olan qablaşdırılmış şorun içərisində sellofana bükülüb gizlədilmiş 1 ədəd “Nokia-6300”, 1 ədəd “Soni Erikson-Z-250i” markalı mobil telefonlar, 1 ədəd “Sim” kart və hər iki telefon üçün elektrik yükləyiciləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO