"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan hüquq müdafiəçisi milli təhlükəsizlik naziri ilə görüşüb

Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçirib.

Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. Komitə sədri təcridxanada yeməyin keyfiyyəti, saxlanılanların dərman preparatları ilə təmin olunub-olunmamalarını yoxladıqlarını bildirib: “Monitorinq normal qaydada keçdi. Hər hansı nöqsan aşkarlanmadı”.

Hüquq müdafiəçisi monitorinqdən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşdüyün qeyd edib: “Eldar Mahmudovla insan hüquqları və azadlıqları mövzusunda söhbətimiz oldu. Fikir mübadiləsi apardıq. Nazir mənim bütün suallarıma cavab verdi. Mən Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə də maraqlandım. Eldar Mahmudov mənə bildirdi ki, Hacı Məmmədovun barəsində bəzi araşdırmalar hələ də davam etdirilir. Hacı Məmmədov Eldar Mahmudova məktub yazaraq xahiş edib ki, təhlükəsizliyini qorumaq üçün onu nazirliyin istintaq təcridxanasında saxlasınlar”.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO