"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Həbsxanalar, cinayətlər və büdcə: Dəyişiklik üçün ən yaxşı vaxt

Qubernatorların uzun müddətdir büdcə kəsirləri ilə bağlı danışıqları davam etdirməkdədirlər. Bir çox hallarda, hökümətin çox az seçimi var. Nyu Yorkda, məsələn, 56, 000 məhbusu saxlamaq üçün ildə $50, 000 – $55, 000 tələb olunur ki, bu məbləğ bir illik Harvard Universitetində təhsil haqqı qədər çoxdur. Şübhəsiz, həbsxanalarla əlaqədar çəkilən xərclər bir çox dövlətlərin maliyyə çatışmazlığının əsas səbəbinə çevrilmişdir.
Bu cür xərclər son 25 ildə 674 faizə qədər artmış və təhsil və nəqliyyət kimi sahələrə çəkilən xərclərin miqdarını əhəmiyyətli dərəcədə keçmişdir.

Sadəcə tibbi yardım xərcləri sürətlə artmaqdadır. Bu cür cinayət siyasətləri həbs olunmaların sayını artırmış, dünya üzrə digər dövlətlərlə nisbətdə, 2 milyondan artıq insan həbsxana barmaqlıqları arxasına salınmış və Amerika məhbuslar dövlətinə çevrilmişdir.

Gələcəkdə qarşılaşa bilinəcək maliyyə çətinliklərini nəzərə alaraq, dövlət siyasətçiləri prioritetləri dəyişirlər. Lakin onlar xərcləri azaltmaqla əlaqədar görülən tədbirləri, belə ki işçilərin ixtisar olunması, islah müəssisələrinin bağlanması kimi tədbirləri davam etdirirlər. Həbsxana əhalisi azaldıqca və cinayət norması aşağı düşdükcə, siyasətçilər həbs olunma əvəzinə alternativ cəzalar, fərdi inteqrasiya planları, azadlığa buraxıldıqdan sonra xoşbəxt həyat yaşamaq şansını artırmağa yönəlmiş proqramları tamamlayan məhbusların azad olunma prosesini sürətləndirən tədbirlər kimi bir sıra məqsədə uyğun islahatların keçirilməsinə yönəlirlər.

Amerika üçün öz diqqətini cinayət ədliyyə siyasətindən çəkərək başqa bir tərəfə yönəltmək vaxtı gəlib çatmışdır. Azadlığa çıxdıqdan sonra, daim keçmiş məhbusları ev və ya iş axtaran zaman qara kölgə izləyir və hətta iqtissadıyyatı yaxşı inkişaf etmiş ölkədə belə iş tapmağa çətinlik yaradır. Onlar evdən uzaqda olarkən, onların ailə üzvləri əziyyət çəkir, bəzi hallarda ayrı düşür, oğlanları və qızları cinayət ədliyyə sistemində tələyə düşür, məxsus olduqları cəmiyyət onları həyat yoldaşlarından, valideynlərindən məhrum edir.

Həbsxana əhalisinin üzvləri cəmiyyət tərəfindən unutulmaqdadır. Onlar əksər hallarda ya səhvlərinə ya da ki yanlış seçimlərinə görə tanınırlar. Əgər bu xalq onlar üçün ağıllı addımlar atmasa, daha pis nəticələnə biləcək problemlərlə qarşılaşacaqlar.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO