"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

ABŞ-da əksər xarici məhbuslar Meksikalılardır – məruzə

ABŞ həbsxanalarında hər 10 xarici məhbusdan yeddisi Mexsikalıdır, bu barədə ABŞ dövlət departamentinin məruzəsində qeyd olunur. Məruzədə həmçinin qeyd olunur ki, 2005 və 2010-cu illər arası federal həbsxanalarda xarici məhbusların kəmiyyəti 7% artmışdır. Yerli həbsxanalarda saxlanılan xaricilərin arasında 35% artım hiss olunur. Dövlət departamentinin məruzəsinə görə 55, 000 xaricinin 68 %-ini Mexika vətəndaşları təşkil edir. Ümumilikdə, xarici məhbuslar ABŞ məhbus əhalisinin 25 %-ini təşkil edir. Bəzilər çəkinir ki, yeni məruzə höküməti daha ciddi immiqrasiya əleyhinə qanunlar qəbul etməyə məcbur edəcək.

Cinayət sənədləri

Məhbusların əksəriyyəti immiqrasiya cinayətinə görə (65%), daha sonra narkotika ilə əlaqədar cinayətlərə və narkotika satışına görə həbs olunmuşlar. Məruzənin hesablamasına görə, xarici məhbuslar hər il ABŞ vergi ödəyicilərinə 1.9 milyard dollara başa gəlir. Addam başına çəkilən xərv ştata görə dəyişir. Teksasda hökümət hər məhbusa 12, 000 dollar xərcləyir, Kaliforniayada isə bu kəmiyyət üç qat artır.
Kaliforniyada və digər sərhən ştatlarda mütəxxəsislər xəbərdarlıq edirlər ki, həbsxanalardakı qanunsuz immiqrantların sayı yerli həbsxana sistemini təhlükə altına qoya bilər. Dövlət qurumları tərəfindən idarə olunan həbsxanalar bir halda fayda götürə bilərlər ki, yerli hökümətlərə həbsxanalarda qanunsuz immiqrantları saxlamaq xərclərinin bir hissəsini geri almaq hüququ versinlər. 1994-cü ildə təsis edilmiş Dövlət Cinayət Xarici Yardım Proqramı bəzi məhbuslar müəyyən tələblərə cavab verdikdə, belə ki minimum bir neçə gün saxlanılaraq, xərclərin bir hissəsini geri ödəmişdir. Tim Donelly, Kalifornia Ştatı Assambleyasında respublikaçı, qeyd edir ki, Kaliforniya hər il “sənədsiz məhbuslar” üçün 885 milyon dollar xərcləyir. O iddia edir ki, “federal hökümət öz vəzifəsini yerinə yetirmir, yəni bu cinayətkarları öz doğma ölkələrinə deportasiya etmir”. O həmçinin qonşu dövlət Mexika ilə “mübadilə proqramını həyata keçirməyi təklif edir ki. orada saxlanılar çox az Amerikalı məhbusla Meksikalı məhbuslar dəyişdirilsin.
“Bu ölkəmizin həbsxanalarında ehtiyac duyulan bir çox yerlərin boşalmasına səbəb olacaq” – qanunsuz immiqrasiya əleyhinə mübarizə aparan tanınmış aktivist Donnely qeyd edir. İmmiqrantların hüquqlarının müdfiə edən bəzi QHT-lər xəbərdarlıq etmişlər ki, həbs olunmuş qanunsuz immiqrantların sayı hədsiz dərəcədə artmışdır – 2005-ci illə müqayisədə 2010-cu ildə 85% daha çox. “Bəziləri çox xırda qanun pozuntularına, məsələn yol qaydalarını pozduğuna görə saxlanılır” – Sərhədhərəkatı QHT-dən Ceniffer Allen BBC-yə müsahibəsində qeyd etmişdir. “Arizona kimi bəzi ştatlarda yol qayda pozuntusu deportasiya ilə nəticələnir”. Hesablamalara görə, 2009-cu ildə ABŞ-da yaşayan 25.3 milyon xaricidən təxminən 10.8 milyonu ölkədə qanunsuz məskunlaşmış hesab olunur.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO