"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdir

Ədliyyə Nazirinin muavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi böyük qayğıdan danışımış və bunun nəticəsi kimi Azərbaycan idmançılarının beynəlxalq arenalarda böyük nailiyyətlər əldə etdiklərini vurğulamışlar. Qeyd edilmişdir ki, İdman və Gənclər Nazirliyi və Milli Olimpiya Komitəsi ilə Penitensiar xidmət arasında əməkdaşlığın səmərəliliyi də öz nəticələrini vermiş, cəza çəkənlərin sağlamlıqlarının qorunması və asudə vaxtlarının təşkilində idman və bədən tərbiyəsinin rolu xeyli artmışdır. Tədbir çərçivəsində müəssisədə məhkumlar üçün təşkil edilmiş kompüter kursunu bitirən növbəti 12 nəfərə müvafiq sertifikatlar təqdim olunmuşdur.
Daha sonra Azərbaycanın veteran futbolçularından və məhkumlardan ibarət futbol komandaları arasında oyun keçirilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçirilən oyunda veteranlar qalib gəlmişlər. İştirakçılara kubok və xatirə hədiyyələri təqdim olunmuşdur.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO