"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Məhkumlara verilən yeməklərin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür

“Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən beş yüzə yaxın məhkum var”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. Xidmət rəisi mayın 1-dən həmin məhkumlara xüsusi üsulla hazırlanan yeməklərin verilməsinə başlanacağını xatırladıb: “Mən bununla bağlı əmr imzalamışam. Qeyd olunan vaxtdan həmin məhkumlara xüsusi yeməklər veriləcək”.
Mədət Quliyev cəzaçəkmə müəssisələrində verilən yeməklərin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görüldüyün də bildirib: “Biz istəyirik ki, məhkuma evdən yemək gəlməsin. Ona müəssisədə verilən yemək keyfiyyətli olsa, məhkum da evdən yemək istəməz. Lakin bu Azərbaycanda adət halını alıb. Hər kəs öz evində bişən xörəkdən yemək istəyir”.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO