"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Mədət Quliyev: “Qobustan həbsxanasının rəisi barəsində başlanan təhqiqat işi yekunlaşaraq istintaqa təqdim olunub”

“Qobustan həbsxanasının iki əməkdaşı saxlanılıb, müəssisənin rəisi barədə olan təhqiqat isə yekunlaşaraq istintaqa göndərilib”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. M. Quliyev Qobustan həbsxanasında yeyinti hallarının aşkarlandığını qeyd edib: “Həmin müəssisədə məhkumlara verilən ərzaqların oğurlanması faktı aşkarlanıb. Bu, yolverilməzdir. Belə halların qarşısı alınmalıdır”.

Xidmət rəisi Azərbaycanda məhkumların işlə təmin olunması istiqamətində bir sıra tədbirlərin görüldüyünü də bildirib: “Məhkumlar nəsə hazırlaya bilərlər. Lakin onu bazara çıxarıb satmaq, bu işin bazarını yaratmaq bir qədər çətinlik yaradır. Biz bəzi iş adamlarını cəzaçəkmə müəssisələrinə cəlb etmişik. Onlara bəzi güzəştlər etməyi planlaşdırırıq ki, bu problem aradan qalxsın”.

Mədət Quliyev bəzi cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradıldığını qeyd edib: “Həmin istehsalat sahələrində nazirliyin Mühafizə Alayı üçün çarpayılar hazırlanır”.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO