"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanın millət vəkili Milli Məclisdə ölüm hökmünün bərpası təklifi ilə çıxış edib

«Azərbaycanın ölüm hökmü cəzasını ləğv etməsi doğru addım deyildi».

APA-nın məlumatına görə, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında millət vəkili İlyas İsmayılov bildirib.

Deputatın sözlərinə görə, ölüm hökmünün ləğv edilməsi Avropa Şurasının tələbi olsa da, bu cəza ləğv edilərkən zərərçəkənlərin hüquqlarının qorunması da nəzərə alınmalı idi: «Mən bunu dəfələrlə söyləmişəm və kitabımda da yazmışam. Mən şəxsən ölüm cəzasının ləğvinə tərəfdar deyiləm. Şəxsiyyət əleyhinə törədilmiş cinayətlərdə bu saxlanılmalıldır. Biz gərək Avropanın təklif etdiyi qanunları qəbul etdikdə milli mənafelərimizi də nəzərə alaq».

İ. İsmayılov hesab edir ki, ölüm cəzasının bərpa olunmasına ehtiyac var və bu, cinayətlərin sayının azalmasına təsir göstərə bilər.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO