"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda “azadlığın məhdudlaşdırılması” cəzası cinayət cəzaları sistemindən çıxarılır

Azərbaycanın cinayət cəzaları sistemindən «azadlığın məhdudlaşdırılması» cəzası çıxarılır.

APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Komitənin iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, «azadlığın məhdudlaşdırılması» cəza növü olaraq bu gün özünü doğrultmur. Bu cəza növü ilə məhkum olunan insanlar üzərində nəzarəti təmin etmək mümkün deyil.

Ümumilikdə Cinayət Məcəlləsinə 59 dəyişiklik təklif olunub, 3 maddə yeni redaksiyada verilib, 3 maddədə sanksiyalar dəyişdirilib. Ümumilikdə dəyişikliklər 101 maddəni əhatə edir.

Dəyişikliklərə əsasən, azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə, islah işləri və ya cərimə cəzaları ilə əvəz olunacaq.

Dəyişikliklərdə keçid müddəalar da nəzərdə tutulub. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasının bu qanun qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmadıqda – bir gün azadlığın məhdudlaşdırılması bir gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə əvəzlənəcək. Cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda, 1 gün azadlığın məhdudlaşdırılması bir gün islah işləri hesablanmaqla, islah işləri cəzası və ya 500 manatdan 800 manatadək, cəzanın bu qanun qüvvəyə minən günədək çəkilməmiş hissəsi 2 ildən artıq olduqda, 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası ilə əvəz olunacaq.

Deputatların fikir və təklifləri dinlənir

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO