"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Amerika Quantanamo məhbuslarının günahsız olduğunu bilirdi: WikiLeaks

WikiLeaks saytı tərəfindən ifşa edilən və son zamanlar bir neçə amerikan və ingilis qəzetdə də yayımlanan yeni sənədlərdə Quantanamo həbsxanasındakı günahsız insanlar uzun illərdir ki, haqda heç bir məhkəmə təşkil edilmədən həbsdə saxlanılırlar.

Wiki-Leaks saytının sənədlərinə əsasən, Amerikanın dövlət rəsmiləri indiyə qədər qorxunc Quantanamo həbsxanasında olan şəxslərin əksəriyyətinin günahsız olduğuna etiraf ediblər.

İfşa edilmiş yeni sənədlərə əsasən hazırda Quantanamo həbsxanasında həbs edilmiş 780 nəfərdən ən azı 150 nəfəri Əfqanıstan və Pakistan vətəndaşlarıdırlar ki, heç bir dəlil olmadan həbs ediliblər. Həmçinin Quantanamo məhbuslarından 380 nəfərini, mühüm məsuliyyətə malik olmayan və yalnız sıravi əsgər kimi xidmət edənlərdən ibarət olduğu bildirilir.

Kuba körfəzində yeləşən Quantanamo həbsxanası 2001-ci ildə Amerika başda olmaqla Əfqanıstana qarşı hərbi hücumun həyata keçirildiyi zaman, terrorçu hərəkətlərdə şübhəli bilinən şəxslərin həbs edilməsi bəhanəsi ilə yaradıldı.

Amma Amerikanın təhlükəsizlik xidmətlərinin iddialarına əsasən, bu həbsxanada qalan 172 məhbusun əksəriyyəti, sərbəst buraxıldıqları təqdirdə Amerikanın təhlükəsizliyinə ” gözə çarpacaq risk” ola bilərlər.

Amerika prezidenti Barak Obama 2009-cu il yanvarın 22-də Ağ Evə daxil olmasının ikinci günündə Quantanamo həbsxanasının bağlanması haqda sərəncam verdi. Bu həbsxananın bağlanması, Amerikada iqtisadi vəziyyətin yaxşılaşdırılması həmçinin İraq və Əfqanıstan müharibələrinin sona çatması Barak Obamanın 2008-ci il prezident seçkiləri kompaniyaları zamanı verdiyi vədlərdən idi.

Əlbəttə hazırda Amerika və dünyanın başqa ölkələrinin xalqları bu vədlərin heç birinin reallaşmamasını görməkdədirlər.

Keçən illər ərzində Quantanamo həbsxanasının fəaliyyətinin davam etməsi geniş beynəlxalq etirazlara habelə insan haqları nı müdafiə üzrə beynəlxalq təşkilatların kəskin tənqidlərinə səbəb olub. Hazırda bu həbsxananın acınacaqlı vəziyyəti haqda yeni sənədlərin yayımlanması Obama hökumətinə qarşı tənqidlər və təzyiqlərin artmasına səbəb ola bilər.

Deyilənlərə görə Quantanamo məhbuslarından təqribən 100 nəfəri öz ölkələrinə yaxud üçüncü ölkəyə köçürüləcəklər və 33 nəfər üçün də məhkəmə təşkil ediləcək. Qalan məhbuslar isə heç bir məhkəmə keçirilmədən, naməlum müddətə qədər həbsdə qalacaqlar.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO