"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İsveç kriminal tarixinin ən ağır hadisəsini törədən Azərbaycan vətəndaşı kimdir?

İsveç Krallığında yaşayan Azərbaycan vətəndaşı ömürlük azadlıqdan məhrum edilib. Milli.Az xəbər portalının məlumatına görə, həmin şəxs Asif Həziyevdir. O, 2006-cı ildə İsveçdə 3 nəfəri öldürüb, birini isə yaralayıb.

Bu barədə Milli.Az xəbər portalına Asifin dostu, İsveçdə yaşayan Azərbaycan vətəndaşı Mahmud adlı şəxs məlumat verib. O, Milli.Az xəbər portalına ünvanladığı məktubda deyir ki, A.Həziyev doğma Azərbaycan üçün ölümə getməyə hazır insan olub və ağır cinayət hadisəsini də məhz bu səbəbdən törədib. A.Həziyevin 2006-cı ildə törətdiyi cinayət İsveçin kriminal tarixində görünməmiş hadisə kimi yadda qalıb.

Asifi ağır cinayəti törətməyə nə vadar edib?

Asifin törətdiyi cinayət, onun məhkəməsi haqda qəzet və kitablarda bəhs olunub. Məlumat üçün bildirək ki, qanlı hadisə 2006-cı ilin martında baş verib. Asifin öldürdüyü şəxslər isə “Çeçen” Cəmiyyətinin üzvləri olub. Asifin onlarla tanışlığı da elə həmin cəmiyətdən başlayıb.

Həmin şəxslər qısa müddət Bakıda yaşayıb və İsveçə yeni gəlibmişlər. Onlar azərbaycanlılara nifrət bəsləyirmişlər. Belə ki, həmin çeçenlərin fikrinə görə, çeçen generalları nə vaxtsa Azərbaycan tərəfindən ruslara təslim edilib. Cəmiyyətdə onlar Asifin azərbaycanlı olduğunu bilmirmiş. Bu nifrət onların Asifə qarşı munasibətini onun azərbaycanlı olduğunu biləndən sonra kəskin dəyişib. Dəfələrlə Asifi təhdid edib, dövlətimizə qarşı nalayiq sözlər işlədiblər. Həmin insanların arasında olan şəxslərdən birinin dediyinə görə, çeçenlərdən birinin yaxın adamı 2006-cı ildə Bakıda öldürülüb. Bu səbəbdən də o, intiqam almaq hissi ilə yaşayırmış. Asifin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, onlar öz fikirlərindən dönməyiblər.

Növbəti dəfə isə onlar Azərbaycanın bayrağı, torpağımız haqda nalayiq sözlər işlədiblər. Bu isə onlarla Asif arasında böyuk mübahisəyə səbəb olub. Nəticədə onlar axşam vaxtı Asifi məsələni aydınlaşdırmaq üçün danışığa çağırıblar. “Razborka”ya 4 nəfər gələn çeçenlər silahlı olublar. Asiflə görüşdükdən sonra onu meşəyə tərəf aparıblar. Yolda Asifi hədələməyə başlayıblar. İlk gülləni də onlar atıb. Güllədən yayınan Asif isə silahı onlardan alaraq özlərini vurub. Hətta hadisədən sonra meşədə oturaraq polislər gələnədək – 40 dəqiqə gözləyib. Qanlı hadisənin sağ qalmış şahidi məhkəmədə hər şeyi olduğu kimi danışıb. Buna baxmayaraq, məhkəmənin hökmü ilə A.Həziyev ömürlük azadlıqdan məhrum edilib. Zamana görə hesablandıqda isə, Asif 60 illik həbs cəzasına məhkum olunub.

Milli.Az

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO