"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Keçmiş məhkumun meyiti tapıldı

Mərhum 24 il məhkumluq həyatı yaşayıb.
Şəmkir rayonunda 24 il məhkumluq həyatı yaşayan şəxsin meyiti tapılıb. Rayon Prokrorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 47 yaşlı Vəli İsmayılov müəmmalı şəklidə ölüb. Onun meyiti aprelin 24-də Qaracəmilli kəndindəki su arxında aşkarlanıb. Ölümün dəqiq səbəbləri məlum olmasa da, onun intihar etməsi ehtimal olunur.
Əvvəllər 3 dəfə məhkum olunmuş V.İsmayılov ayrı-ayrı vaxtlarda qəsdən adam öldürmə, qanunsuz odlu silah saxlama və zorlama cinayətlərinə görə ümumilikdə 24 il həbsxana həyatı yaşayıb. Son zamanlar isə sərxoşluq həyatı sürürmüş.
Mərhumun həyat yoldaşı 10 il əvvəl dünyasını dəyişib. Övladlarından qızı ailə həyatı qurub, oğlu isə hərbi xidmətdən yeni qayıdıb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO