"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Cibgirlik edən keçmiş məhkum tutuldu

Bakıda cibgir tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu, Sumqayıt şəhər sakini Natiq İsgəndərovdur.

N.İsgəndərov aprelin 23-ü saat 20:30 radələrində 94 saylı xətt avtobusunda Bakı şəhər sakini Firudin Qurbanovun cibindən 33 manat oğurlayıb. Əvvəllər də məhkum olunmuş Natiq İsgəndərov Nərimanov Rayon Polis İdarəsinin post patrul xidməti əməkdaşları tərəfindən yaxalanaraq 17-ci polis bölməsinə təhvil verilib.

Onun üzərinə baxış keçirilərkən 0,252 qram narkotik vasitə olan heroin aşkar olunub. Dindirmə zamanı N.İsgəndərov əsasən cibgir əməlini avtobuslarda həyata keçirdiyini deyib. O, 4 noyabr 2010-cu ildə 200 saylı xətt avtobusunda Füzuli rayon sakini Tahir Məmmədovun cibindən 1000 manat oğurladığını da etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb. N.İsgəndərovun digər cibgirlik əməlləri törətməsi istisna olunmur.

Milli.Az

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO