"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İctimai Komitənin üzvləri cəzaçəkmə müəssisələrində monitorinq keçiriblər

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və üzvü Nazir Quliyev 2 saylı Cəzaçəkmə Müəssisəsində, komitə üzvləri Elmari Məmişov və Zaur Seyidzadə isə Uşaq Tərbiyə Müəssisəsində monitorinq keçiriblər. Komitədən APA-ya verilən məlumata görə, monitorinqlər zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib. Eyni zamanda məhkumların fərdi qəbulu həyata keçirilib. 2 saylı Cəzaçəkmə Müəssisəsində 16 məhkuma hüquqi yardım göstərilib, kitabxana fonduna isə 120-dən çox kitab hədiyyə edilib.
Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO