"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Misir prokuroru keçmiş prezidenti xəstəxanadan həbsxanaya köçürməyi düşünür

Misir prokuroru tibbi komandaya keçmiş prezident Hüsni Mübarəkin Qırmızı dəniz sahilində yerləşən Şarm əl-şeyx kurortundakı xəstəxanadan Qahirə yaxınlığındakı Tora həbsxana kompleksinə köçürülüb köçürülə bilməyəcəyini müəyyənləşdirmək üçün səhhətinin müayinə edilməsini göstəriş vermişdir.
Cümə axşamı prokuror Mübarəkin müayinə edilməsini tapşırmışdır. Həmin gün dövlət xəbər aqentliyi MENA Şarm əl-Şeyxdəki xəstəxanadan rəsmi olaraq açıqlamışdır ki, Mübarəkin səhhəti qeyri-stabildir.
Bu ayın ilk günlərində prokurorlar elan etmişlər ki, Mübarək və iki oğlu, Camal və Ala, rüşvətxorluq və vəzifədən sui-istifadə cinayətləri ilə əlaqədar aparılan istintaq çərçivəsində 15 gün müddətinə həbs ediləcəklər.
Həmçinin Cümə axşamı Misir məhkəməsi göstəriş vermişdir ki, Mübarəkin və onun həyat yoldaşı Suzannanın adı bütün ictimai qurumlardan və müəssisələrdən silinsin.
Qərarı elan edərkən hakim Məhəmməd Həsən qeyd etmişdir ki, Mübarəkin sorğusu zamanı üstü açılmış rüşvətxorluğun həcmi düşünüldüyündən də hədsiz dərəcədə artıqdır.
Çərşənbə axşamı dövlət tərəfindən təyin olunmuş fakt-araşdırma missiyası hazırladığı məruzəsində Mübarəkin bu il hakimiyyət əleyhinə qiyam zamanı etirazçıların öldürülməsinə görə məsuliyyət daşıdığını qeyd etmişdir.
Tədqiqatçılar qeyd edir ki, fevral ayında Mübarəkin istefasına aparan 18 günlük qiyam ərzində demokratiya uğrunda nümayişlər əleyhinə polis həddindən artıq güc tətbiq etmişdir.

VOANews

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO