"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ombudsmanın MPM qrupu 8 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirmişdir

Birləşmiş Millətlər Təşkilatının İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasnın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) başçəkmə həyata keçirmişlər.
Başçəkmə zamanı CÇM-nin rəisi və müəssisənin əməkdaşları tərəfindən MPM qrupu üzvlərinin monitorinq aparması üçün lazımi şərait yaradılmışdır.
Fakültativ Protokolun tələblərinə uyğun olaraq müəssisənin bütün obyektlərinə baxış keçirilmişdir. Əvvəlki başçəkmlər ilə müqayisədə CÇM-də xeyli müsbət dəyişikliklər müşahidə edilmişdir.
Müəssisənin bütünlüklə istilik sistemi ilə təchiz olunması, cərimə təcridxanasının standartlara uyğun təmir edilməsi, məhkumlara qarşı il ərzində tənbeh tədbirlərinin az seçilməsi, xüsusi vasitələrdən istifadənin minimuma endirilməsi, su, işıq və qazın daimi olması, yeni peşə məktəbinin fəaliyyətinin təşkili, yataqxanaların və kameraların sanitar vəziyyətinin yaxşılaşdırılması, məhkumların asudə vaxtlarını keçirmələri üçün stolüstü oyunların və kitabxananın təşkil olunması müsbət qiymətləndirilmişdir.
Burada cəza çəkən məhkumların bir çoxu ilə söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildirmişlər.
8 saylı CÇM-nə başçəkmə zamanı bir sıra nöqsanlar aşkar edilmiş və bununla bağlı müvafiq tövsiyələr verilmişdir.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO