"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

1990-cı ildən günümüzədək yeniyetmələrin edamı

18 yaşından gənc şəxslər tərəfindən törədilən cinayətlərə görə ölüm cəzasının tətbiqi beynəlxalq insan hüquqları qanununa əsasən qadağan olunmuşdur, lakin bəzi ölkələr hələ də uşaq cinayətkarları edam etməkdə davam edirlər. Bu cür edamlar dünya üzrə edamların ümumi sayı ilə müqayisədə azlıq təşkil edir. Edamların sayı böyük əhımiyyət daşımasa da, edam edən ölkələrin beynəlxalq hüquq normalarına riayət etmək öhdəliyini sual altına qoymuş olur.
1990-cı ildən etibarən Beynəlxalq Amnestiya təşkilatı 9 ölkədən olan 84 nəfə uşaq cinayətkarın edam olunmasını sənədlərlə əsaslandırmışdır. Həmin ölkələr: Çin, Konqo Demokratik Respublikası, İran, Nigeriya, Pakistan, Səudi Ərəbistan, Sudan, ABŞ və Yəməndir. Bu ölkələrin bəziləri təcrübəni istisna etmək üçün öz qanunlarında dəyişikliklər etmişdir. Beynəlxalq Amnestiya tərəfindən hər il dünya üzrə qeydə alınan edamların ümumi sayının kiçik hissəsini uşaq cinayətkarların edamı təşkil edir. ABŞ və İran digər səkkiz ölkədən daha çox uşaq cinayətkarı edam etmiş və İran 1990-cı ildən etibarən 19 uşaq edamı ilə ABŞ-ı üstələmişdir.
1990-cı ildən etibarən Beynəlxalq Amnistiyanın qeydə aldığı uşaq cinayətkarların edamı üzrə statistika birinci cədvəldə öz əksini tapmışdır. İkinci cədvəldə isə cinayət işinin təfərrüatları öz əksini tapmışdır. Statistikani burdan əldə edin: [attachment=19] (İng.)

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO