"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ombudsman Aparatının əməkdaşları Sumqayıt və Abşeronda müvəqqəti saxlanma təcridxanalarına baxış keçiriblər

Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun (MPMP) üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama təcridxanasına (MST), həmin idarənin 2, 3 və 4-cü polis bölmələrinə, habelə Abşeron Rayon Polis Şöbəsinin (RPŞ) MST-nə başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri Sumqayıt MST-nə və polis bölmələrinə başçəkmə zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. MST-də 30-dan artıq saxlanılan şəxslə, o cümlədən inzibati qaydada həbs olunanlarla söhbət aparılıb, onlara hüquqları izah olunub. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Sumqayıt ŞPİ rəisi ilə söhbət zamanı o, rəhbərlik etdiyi idarə üçün artıq müasir standartlara tam cavab verən yeni binanın bünövrəsinin qoyulduğunu söyləyib.
Qrupun üzvləri Abşeron RPŞ-nin MST-nə də baxış keçirib, burada saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah ediblər. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Qeyd olunub ki, bu MST-nin bir ay əvvəl istifadəyə verilmiş yeni binası müasir standartlara tam uyğundur.
Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO