"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda şəkərli diabet xəstəsi olan məhkumlar xüsusi pəhriz yeməkləri ilə təmin olunacaqlar

Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər davam etdirilir. Əvvəlki dövrlərdə bir sıra beynəlxalq təşkilatlar tərəfindən tövsiyə olunan şəkərli diabet xəstəliyi olan məhkum və təqsirləndirilən şəxslərin müvafiq normalara uyğun qidalandırılmaları məsələsi öz həllini tapmışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədəd Quliyevin əmri ilə şəkərli diabet xəstəliyi olan şəxslər müvafiq pəhriz yeməkləri ilə təmin olunacaqlar. Xidmət rəisinin əmrinə əsasən 01 may 2011-ci il tarixdən etibarən şəkərli diabet xəstəliyi olan məhkumlar üçün pəhriz xörəkləri xüsusi çeşidli olmaqla dietoloqların tövsiyələri ilə hazırlanacaq. Bu qəbildən olan məhkumların qidalanmaları üçün cəzaçəkmə müəssisələrində xüsusi yerlərin ayrılması nəzərdə tutulmuşdur.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO