"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Penitensiar xidmətdə qaz təsərrüfatlarına cavabdeh məsul əməkdaşların iştirakı ilə müşavirə keçirilmişdir

Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə texniki təhlükəsizlik qaydalarının təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə birgə xüsusi tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə -ci il tarixdə Penitensiar xidmətin baş idarəsində tabelikdə olan qurumların qaz təsərrüfatlarına cavabdeh məsul əməkdaşlarının iştirakı ilə müşavirə keçirilmişdir.
Penitensiar xidmətin Təsərrüfat idarəsinin rəisi ədliyyə polkovniki Həsən Seyidbəyov qaz təsərrüfatında təhlükəsizliyin təmin edilməsi məqsədilə artıq Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrində müasir istilik sistemlərinin qurulmasının başa çatdırıldığını, həmin müəssisələrdə texniki təhlükəsizliyin təmin olunması üçün müvafiq şəraitin yaradıldığını və eyni zamanda yeni inşa olunan cəzaçəkmə müəssisələrində bu məsələlərə xüsusi diqqət yetirildiyini bildirdi.
Tədbirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Adil Xəlilov Penitensiar xidmətin tabeliyindəki müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə ilk növbədə qaz təsərrüfatında xidmət göstərən işçilərin təhlükəsizlik qaydaları ilə təlimatlandırılmalarının zəruriliyini və bununla əlaqədar təmsil etdiyi təşkilatın Penitensiar xidmətlə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Bildirildi ki, qaz xətlərinin və qaz tənzimləyici qurğuların istismarı mütləq qaydada texniki istismar pasportuna uyğun aparılmalı, aidiyyətı təşkilatların iştirakı ilə ayda bir dəfədən az olmayaraq texniki yoxlamalar keçirilməlidir.
Tədbirdə iştirak edən tabelikdəki 22 qurumun qaz təsərrüfatlarına cavabdeh məsul əməkdaşlarının «Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları» haqqında istehsalat təlimatları həcmində bilik səviyyələri yoxlanılmış və nəticələrə dair protokol tərtib edilmişdir.

Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO