"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bu il Azərbaycanda korrupsiya cinayətlərinə görə 32 şəxs barəsində cinayət işi açılıb – Baş prokuror

2005-2011-ci illər ərzində korrupsiya ilə mübarizə istiqamətində 700 şəxs barəsində 388 cinayət işi açılıb. 2011-ci ildə isə 32 şəxs barəsində 18 cinayət işi açılıb. Hazırda icraatda 84 cinayət işi var. Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov cümə günü korrupsiyaya qarşı mübarizə üzrə forumdakı çıxışı zamanı bildirib.

Qaralov deyib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 saylı “qaynar xətt”inə 1200 müraciət daxil olub. Daxil olan müraciətlər əsasında 7 cinayət işi açılıb, həmin işlər üzrə 7 nəfər həbs olunub. Daxil olan müraciətlərin 237-si müsbət həllini tapıb, 337-si idarədə, 174-ü rayon prokurorluqlarında, 692-si isə aidiyyəti üzrə araşdırılır.

Baş prokurorun sözlərinə görə, bu sahədə preventiv tədbirlərin görülməsi inzibati tədbirlərin görülməsini inkar etmir.

“Bu tədbirlər üçün düzgün forma seçilməlidir. Korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış idarənin yaradılması düzgün seçimdir. Bu qurumun səmərəli təşkili üçün qanunvericilik bazası elə hazırlanmalıdır ki, onun fəaliyyətinə kənar təsir az olsun. Ona görə də, bu idarənin rəisini vəzifəyə təyin etmək və vəzifədən çıxarmaq Prezidentin səlahiyyətindədir”, – Qaralov əlavə edib.

Onun sözlərinə görə, bələdiyyə və dövlət mülkiyyətinin qorunması ilə əlaqədar tədbirlər də
davam etdirilir.

“2009-cu ilin ikinci yarısından indiyədək bələdiyyə rəhbərləri və üzvlərindən rüşvət alma, vəzifədən sui-istifadə etmə və digər cinayətlərdə ittiham olunan 104 nəfər şəxs barəsində 66 cinayət işinin istintaqı başa çatdırılıb və məhkəmələrə göndərilib”, – Qaralov bildirib.

Onun sözlərinə görə, “qaynar xətt” vasitəsilə daxil olmuş məlumat əsasında iki qurumun səlahiyyətli şəxsləri barədə cinayət işi açılıb. Səbayel bələdiyyəsinin sədri və Yasamal MİS-nin əməkdaşları barəsində həbs qərarları seçilib.

Baş prokuror hesab edir ki, korrupsiya cinayətləri latent (gizli) cinayətlərdir. Bu cinayətlərə
bəzən vətəndaşlar da gedirlər.

“İdarəyə əməliyyat-axtarış səlahiyyətinin verilməsi bu cinayətlərin aşkarlanmasında əhəmiyyətli olacaq. İndi əməliyyat-axtarış idarəsinin formalaşdırılması işi aparılır. İdarədə audit-təftiş qrupu yaradılacaq. Qrup Baş Prokurorluğa korrupsiyaya şərait yaradan halların olması ilə bağlı məlumat verəcək. Əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına nail olmaqdır”, – Qaralov deyib.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO