"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda rüşvət almaqda təqsirli bilinərək həbs olunan hərbi komissarın apellyasiya şikayəti təmin olunmayıb

Rüşvət almaqda təqsirli bilinərək həbs olunan Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyovun apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya Bakı Apellyasiya Məhkəməsindən bildirilib.

Məlumata görə, bu gün hakim Camal Ramazanovun sədrliyi ilə F. Ağabəyovun Bakı Hərbi Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Sabiq hərbi komissarın şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin F. Ağabəyov barəsində çıxardığı həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Binəqədi rayonunun sabiq hərbi komissarı F. Ağabəyov bir neçə gün əvvəl həbs edilib. Onun barəsində Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar həbs-qətimkan tədbiri seçilib.

F. Ağabəyov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO