"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ombudsman Aparatının əməkdaşları təcridxanalarda olublar

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, MPM qrupunun üzvləri Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin Araşdırma Mərkəzinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri başçəkmə zamanı buradakı miqrantların saxlanma şəraiti, qida təchizatı ilə bağlı vəziyyəti araşdırıblar. Onlar müəssisədə saxlanılan bir neçə əcnəbi vətəndaşla söhbət aparıb, onlara hüquqlarını izah ediblər. Əcnəbilər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Yaxın vaxtlarda bu müəssisənin yeni binaya köçürüləcəyi müəyyən edilib.
MPM qrupunun üzvləri həmçinin DİN-in İnsan alverinə qarşı mübarizə idarəsinin MST-nə də baxış keçirib, saxlanma şəraitini araşdırıblar. Həmin vaxtda müəssisədə heç kəsin saxlanmadığı müəyyənləşdirilib. Qeyd olunub ki, bu MST-də saxlanma şəraiti müasir standartlara cavab verir.
Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO