"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

BMT-nin Mərkəzi Asiyada regional nümayəndəliyinin Penitensiar xidmətdə qəbulu

12.04.2011-ci il tarixdə Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi general-mayor Mədət Quliyev Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiyada regional nümayəndəliyinin koordinatoru xanım Nina Kərimini və Narkotik və Cinayətlər üzrə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə layihəsinin rəhbəri xanım Arzu Quliyevanı qəbul etmişdir.
Nazir müavini qonaqları salamlayaraq Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat vermişdir. Qeyd olunmuşdur ki, müxtəlif Beynəlxalq qurumların nümayəndələri mütəmadi olaraq penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr təqdim edirlər. Bu baxımdan Beynəlxalq qurumlarla Penitensiar xidmət arasındakı əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Belə ki, monitorinqlərin nəticələri ilə bağlı tövsiyələr Penitensiar xidmət tərəfindən diqqətlə öyrənilir, təhlil aparılır və müvafiq tədbirlər görülür.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiyada regional nümayəndəliyinin penitensiar müəssisələrin fəaliyyəti ilə bağlı çoxsaylı suallarına aydınlıq gətirilmiş və irəli sürülmüş tövsiyələrlə əlaqədar fikir mübadiləsi aparılmışdır. Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiyada regional nümayəndəliyinin koordinatoru xanım Nina Kərimi nazir müavini Mədət Quliyevə qəbula görə öz dərin minnətdarlığını bildirmişdir. Daha sonra Narkotik və Cinayətlər üzrə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə layihəsinin rəhbəri xanım Arzu Quliyeva 2009-2010-cu illər ərzində görülmüş işlər barəsində məlumat vermişdir.
Bildirilmişdir ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu əsasən narkomanların istifadə etdiyi şprislər vasitəsilə keçir. Bu epidemiyanın qarşısını almaq məqsədilə narkomanların müalicəsində yeni üsullarldan istifadə etmək lazımdır. Yeni üsullardan biri də Avropada geniş tətbiq olunan “Metadon” preporatından istifadədir. Bu yolla müalicə həm də çox ucuz – 1 narkoman üçün il ərzində cəmi 400 manata başa gəlir.
Bu təklifin müzakirə ediləcəyini bildirən nazir müavini Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiyada regional nümayəndəliyi ilə Penitensiar xidmət arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin və belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulamışdır.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO