"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

3 ay əvvəl həbsdən çıxan, 3 dəfə məhkum olan şəxs 4-cü cinayətini işlədi

Şabran rayonunda oğurluq hadisəsi baş verib. Rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Həsənağa Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə aprel ayının 3-nə keçən gecə rayondakı “777” adlı ərzaq mağazasında qeydə alınıb.

Yasin Qasım oğlu Həmidov ərizə ilə polis şöbəsinə yazılı şikayətində bildirib ki, ona məxsus mağazanın anbarından ərzaq və spirtli içkilər oğurlanıb. Dərhal əməliyyata başlayan əməliyyatçılar hadisədə şübhəli bilinən Tofiq İsmayılov küçəsi 3 ünvanında yaşayan 30 yaşlı Mehti Nurəddin oğlu Şahbazovu saxlayıb. Araşdırmalar zamanı dəymiş ziyanın bir hissəsi maddi sübut kimi götürülüb.

İlkin araşdırma zamanı məlum olub ki, bu, subay və işsiz olan M.Şahbazovun ilk məhkumluğu olmayacaq. 3 ay əvvəl həbsdən çıxan Mehti nə az nə çox, düz üç dəfə məhkumluq həyatı yaşayıb.

Şübhəli şəxs hadisəni işsizlik üzündən etdiyini deyib.

Artıq faktla bağlı polis şöbəsində AR CM-nin 177.2.3-cü (Oğurluq hadisəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO