"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan ilə Macarıstan arasında ədliyyə sahəsində əməkdaşlıq haqqında memorandum layihəsi hazırlanıb

Azərbaycan və Macarıstanın Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu layihəsi hazırlanıb. Bu barədə cümə axşamı Macarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüşündə ədliyyə naziri Fikrət Məmmədov deyib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Fikrət Məmmədov iki ölkə arasında əlaqələrin genişləndirilməsinin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Səfir Çutora Macarıstanın Azərbaycanla hərtərəfli, o cümlədən hüquqi əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

O, ədliyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması üçün Macarıstan nazirinin ölkəmizə bu il səfər etmək arzusunda olduğunu deyib.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO