"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Arxiv

Partnyorlarımız

Birliyin nümayəndələri ATƏT-in Bakı Ofisində olmuşlar

Birliyin nümayəndələri ATƏT-in Bakı Ofisində olmuşlar Aprelin 5-də “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisində Cəzaçəkmə müəssisələrində islahatlar proqramının rəhbərləri ilə görüş keçirdi. İlk öncə təşkilat nümayəndələrini ATƏT-in Bakı Ofisinin Hüquq məsləhətçisi Aynur Quliyeva salamladı.
Sonra təşkilatın rəhbəri Hüquq elmləri doktoru, professor Kamil Səlimov təşkilat haqqında məlumat verdi. Təşkilatın gördüyü işlərlər yanaşı uğurlarından da danışan professor Kamil Səlimov görüşün əsas səbəbinin əvvəllərdə olan əməkdaşlıq münasibətlərinin genişləndirilməsi olduğunu bildirdi. Sonra təşkilatın illik fəaliyyət proqramının əsas meyarları haqqında birliyin icraçı direktoru Elçin Salmanov danışdı. E.Salmanov məhkumların psixoloji durumlarının zəifliyindən və psixoloji dəstəyə ehtiyacından, məhkumların reabilitasiyasının zəif olmasından, ailələrinin, cəmiyyətin onları qəbul etməməsindən və bu səbəbdən də yenidən cinayətə əl ataraq yenidən cəzaçəkmə müəssisələrinə qayıtdıqlarından bəhs etdi. Birliyin icraçı direktoru məhkumların cəzaçəkmə müəssisəsində və azadlığa çıxandan sonrada əmək hüquqlarının təminatı, əməklə məşğul olmaları haqqında geniş məlumat verdi və birliyin ATƏT-lə bu istiqamətdə əməkdaşlığının uğurlu olacağını vurğuladı.
Cəzaçəkmə müəssisələri üzrə ATƏT-in eksperti və proqram rəhbəri, cənab Hans İnc bu görüşüdən məmnun olduğunu bildirdi. Azərbaycanda yeni gəldiyini bildirən ekspert birliyin gördüyü işlərin təqdirəlaiq olduğunu dedi. Birliyin strateji planının peşəkarcasına hazırlandığını bildirən cənab Hans İnc bu istiqamətlərdə əməkdaşlığın uğurlu olacağını bildirdi. Sonra ATƏT-in Hüquq məsləhətçisi Aynur Quliyeva beynəlxalq təşkilatın cəzaçəkmə müəssisələri sahəsində keçirilən proqramla bağlı məlumat verdi və birliklə əməkdaşlığın uğurlu olacağını, hər zaman əməkdaşlığa açıq olduqlarını vurğuladı. Birliyin layihələr üzrə koordinatoru, eyni zamanda görüşün təşkilatçısı Elşən Rəhimov qarşılıqlı olaraq layihələrdə və tədbirlərdə birgə işlə yanaşı iştirakın da önəmli olduğunu bildirdi və gələcəkdə birgə layihələrin keçirilməsi ilə yanaşı keçirilən tədbirlərdə qonaq qismində iştirakın da önəmli olduğunu vurğuladı. Görüş məhkumların və azadlıqda olan keçmiş məhbusların hüquqlarının müdafiəsi və gələcək əməkdaşlıqların müzakirəsi ilə sona yetdi.
Birliyin nümayəndələri ATƏT-in Bakı Ofisində olmuşlar

Birliyin nümayəndələri ATƏT-in Bakı Ofisində olmuşlar

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO