"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin məsləhətçisi Erik Svanidzenin Penitensiar xidmətdə qəbulu

Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin məsləhətçisi Erik Svanidzenin Penitensiar xidmətdə qəbulu Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi general- mayor Mədət Quliyev Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin məsləhətçisi Erik Svanidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Penitensiar xidmətin rəisi general-mayor Mədət Quliyev qonaqları salamlayaraq Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat vermişdir.
Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin məsləhətçisi Erik Svanidzenin Penitensiar xidmətdə qəbulu Daha sonra görüşdə Avropa Şurası və Avropa İttifaqının «Azərbaycanda pis rəftarla və cəzasızlıqla mübarizə» adlı birgə proqrammı çərçivəsində «Azərbaycanda pis rəftar və cəzasızlıqla mübarizə və pis rəftar hallarının səmərəli araşdırılmasına dair ölkə hesabatı» müzakirə olunmuşdur.
Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisi ilə Penitensiar xidmət arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin və belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanmışdır.

www.penitensiar.justice.gov.az

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO