"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Qax rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında nöqsanlar aşkarlanıb

Qax rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında nöqsanlar aşkarlanıb Azərbaycan ombudsmanının nümayəndələri Qax rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında nöqsanlar aşkar edib və bununla bağlı akt tərib edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsman Elmira Süleymanova aşkar edilmiş halların yoxlanılması və aradan qaldırılması məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib.

Ombudsmanın milli preventiv mexanizm (MPM) qrupunun üzvləri, Şəki regional mərkəzinin əməkdaşları insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Qax, Zaqatala və Balakən rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) baş çəkiblər.

Qrupun üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, MST-də saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah ediblər.

Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Həmin müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO