"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda azadlığın məhdudlaşdırılması cəza növü cinayət cəzaları sistemindən çıxarılır

Azərbaycanda azadlığın məhdudlaşdırılması cəza növü cinayət cəzaları sistemindən çıxarılır Bu barədə APA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verib. Millət vəkilinin sözlərinə görə, bununla bağlı yaxın vaxtlarda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək. Əlavə və dəyişikliklər layihəsi parlamentə dövlət başçısı tərəfindən daxil olub.

Belə bir cəzanın əvvəllər Azərbaycanın cinayət qanunvericiliyində olmadığını deyən deputatın sözlərinə görə, bu cəza 2001-ci il sentyabrında yeni Cinayət Məcəlləsi qəbul edilərkən ora salınıb.

R. Cəbrayılov azadlığın məhdudlaşdırılması cəza növünün azadlıqdan məhrumetmə ilə azadlıqdan şərti məhrumetmə cəzaları arasında «aralıq» cəza növü olduğunu bildirib. Azərbaycanda belə bir cəza növünü həyata keçirmək üçün maddi bazanın olmadığını da deyən deputatın sözlərinə görə, qanunvericilikdə bu anlayışın özünün açılışı da qüsurlu verilib: ““İnsanı cəmiyyətdən təcrid etmədən xüsusi müəssisələrdə saxlamaq”. Axı bu ümumilikdə mümkün deyil. Qanunvericiliyə görə, ittiham hökmü çıxarılana qədər 18 yaşı tamam olan şəxslərə bu cəza tətbiq olunurdu. Onlar cəmiyyətdən təcrid edilmədən, xüsusi müəssisələrdə saxlanılırdı. Bu necə ola bilər ki, insanı cəmiyyətdən təcrid etmədən xüsusi müəssisələrdə saxlayasan?”

Millət vəkilinin sözlərinə görə, bəzən cəzanın çəkilməsinə nəzarət edən orqanların azadlığın məhdudlaşdırılmasını azadlıqdan məhrumetmə cəzası ilə eyniləşdirirmələri də bu sahədə problemlərin yaranmasına səbəb olur.

Təqvim

April 2011
M T W T F S S
« Mar   May »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO