"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Penitensiar sistemdə islahatlara beynəlxalq maraq artır

Penitensiar sistemdə islahatlara beynəlxalq maraq artır Martın 17-də ədliyyə naziri Fikrət Məmmədov penitensiar sistemdə aparılan islahatlarla tanışlıq və təcrübə mübadiləsi məqsədilə respublikamızda səfərdə olan Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Reymerlə görüşmüşdür.
Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini, iki ölkə arasında ən zəngin müqavilə-hüquq bazasının mövcudluğunu vurğulamış, hüquqi sahədə əlaqələrin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu qeyd etmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə insan hüquqlarının etibarlı təmin olunması, məhkumların hüquq və imtiyazlarının genişləndirilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılması və göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə işlərdən danışılmış, cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində respublikamızın əldə etdiyi nailiyyətlərə beynəlxalq aləmdə marağın artdığı vurğulanaraq, bu sahədə müsbət təcrübədən artıq bir neçə dövlətlərin bəhrələndiyi diqqətə çatdırılmışdır.
Azərbaycanla hərtərəfli, xüsusilə hüquqi əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verən qonaq ölkəmizdə aparılan penitensiar islahatlardan məlumatlı olduğunu bildirərək, səfər zamanı baş çəkdiyi müasir Bakı istintaq təcridxanasında yaradılmış şəraiti yüksək qiymətləndirmişdir. A.Reymer ölkəsində köklü həbsxana islahatlarının həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, Azərbaycanın bu sahədə təcrübəsindən bəhrələnmək niyyətində olduğunu söyləmiş, əməkdaşlığın inkişafına dair konkret təkliflər irəli sürmüşdür.
Penitensiar sistemdə islahatlara beynəlxalq maraq artırGörüşdə penitensiar sahədə qarşılıqlı fəaliyyətin perspektivləri, Azərbaycan vətəndaşı olan məhkumların ölkəmizə verilməsi, penitensiar xidmət üçün peşəkar kadrların hazırlanması üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaq nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.

Təqvim

March 2011
M T W T F S S
« Feb   Apr »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO