"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ədliyyə orqanlarına işçi axtarılır

Ədliyyə orqanlarına işçi axtarılır Nazirlikdə işə qəbulla bağlı müsabiqə elan olunub

Ədliyyə Nazirliyi gənclərin ədliyyə orqanlarına işə qəbulu ilə bağlı növbəti, sayca 5-ci müsabiqə elan edib. Müsabiqə Komissiyası tərəfindən elan edilən açıq müsabiqəyə namizədlərdən sənəd qəbulu bu ilin əvvəlindən başlanıb.

Nazirlikdən Lent.az-a bildiriblər ki, penitensiar və tibb xidmətlərində fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən qulluğa qəbulun davam etdirilməsi barədə ictimaiyyətə məlumat verilib. Vakant ştat vahidləri əsasən, nazirliyin icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.

Xatırladaq ki, açıq müsabiqələrdə iştirak etmək üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları, o cümlədən penitensiar xidmətə hərbi, psixologiya, bədən tərbiyəsi və idman, tibb xidmətinə həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-anestezioloq-reanimatoloq, həkim-cərrah və orta tibb və digər ixtisaslı şəxslər sənədlərini təqdim edə bilərlər.

Ədliyyə Nazirliyinə, eləcə də penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə www.justice.gov.az və www.penitensiar.justice.gov.az internet səhifələrində və telefonlar vasitəsilə əlavə məlumat almaq olar.

LENT.AZ

Təqvim

March 2011
M T W T F S S
« Feb   Apr »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO