"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Keçmiş Quantanamo məhbusu ona verilmiş dəhşətli işgəncələrdən danışıb

Keçmiş Quantanamo məhbusu ona verilmiş dəhşətli işgəncələrdən danışıb Qanunsuz olaraq Amerikanın Quantanamo həbsxanasında saxlanılmış Murat Kurnats, həmin həbsxanada saxlanma şəraiti və ona verilən işgəncələr barədə jurnalistlərə tükürpədici açıqlamalar edib, – “İslamNyus” xəbər verir.

Kurnatsın sözlərinə görə, ona xəstəlikdən müdafiə adı altında həblər verilib. Həmin həblər onda süstlük, daha sonra dəhşətli ağrılar yaradıb. O, eyni zamanda işgəncələr altında yalan ifadələr verməyə məcbur edilməsi barədə də danışıb.

Onun verdiyi məlumatlar, öncə hüquq müdafiəçilərinin əllərində olan məlumatlarla da uyğun gəlib. Onlar bildirirdilər ki, Quantanamo həbsxanasında məhbuslara mefloxin adlı dərman verilib. Həmin dərman güclü və dözülməz ağrılara səbəb olub.

www.deyerler.org

Təqvim

March 2011
M T W T F S S
« Feb   Apr »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO