"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan QHT-si Beynəlxalq Şəbəkədə

Azərbaycan QHT-si Beynəlxalq ŞəbəkədəMartın 5-də Fransanın UNİTREE təşkilatının həmtəsisçisi və QHT-lərin həmrəyliyi layihəsinin kordinatoru Siril Drout “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyində oldu. Görüşün əsas məqsədi Birliyi QHT-lərin həmrəyliyi layihəsi olan SYNNGO proqramına cəlb etməkdən ibarət idi. İlk öncə birliyin icraçı direktoru Elçin Salmanov birlik haqqında geniş məlumat verdi. Sonra Siril Drout SYNNGO layihəsi haqqında geniş məlumat verdi və birliyin bu layihədə iştirak etməsinə məmnun olduqlarını bildirdi. Sonda “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin layihədə iştirakı və qarşılıqlı gələcək planlar haqqında danışıldı. Görüşdə birlik adından Elşən Rəhimov və Aytən Abbaszadə də iştirak etdi.

Qeyd etmək istərdik ki, Fransanın Gənclər və Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNİTREE təşkilatı tərəfindən həyata keçirilən SYNNGO layihəsi Avropadan Uzaq Şərqədək olan ölkələrin vətəndaş cəmiyyəti institutları əhatə edəcəkdir. Layihənin əsas məqsədi bu ölkələrdə olan QHT-lərin, fondların, assosasiyaların və digər ictimai birliklərin məlumat şəbəkəsini yaratmaqdan ibarətdir. Onu da, qeyd etmək istərdik ki, bu layihədə Qafqazdan yalnız Gürcüstan və Azərbaycan QHT-ləri iştirak edir.

Təqvim

March 2011
M T W T F S S
« Feb   Apr »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO