"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

“ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR“ BEYNƏLXALQ STANDARTLAR

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLARFevral ayının 18-də “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin “Beynəlxalq Həbsxana İslahatları” (PRİ) təşkilatının dəstəyi və “El” İnkişaf Proqramı, “Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi” ilə birgə reallaşdırdığı “Ömürlük azadlıqdan məhrum olunmuş məhkumların vəziyyəti ilə bağlı araşdırmalar aparılması, həmin məsələlər üzrə yerli konfrans və təlimlərin keçirilməsi; Azərbaycanda ömürlük azadlıqdan məhrum olunmuşların vəziyyətini yaxşılaşdırmaq üçün konkret addımların atılmasına yardım edən müdafiə kampaniyasının keçirilməsi” layihəsinin ikinci mərhələsi yekunlaşdı.
Layihənin ilk mərhələsində ölkəmizdə ömürlük azadlıqdan məhrum edilmə sahəsində tədqiqatlar aparılması nəzərdə tutulmuşdu. Birgə aparılmış tədqiqatlar zamanı məhkumların saxlanma şəraitinin monitorinqinin, məhkumların cəzalarını çəkmələrinın beynəlxalq standartlar və normaları ilə əlaqədar tövsiyyələrin tətbiqinin nəticələri ictimailəşdirilmişdir.

Layihənin ikinci mərhələsi çərçivəsində cari ilin fevral ayının 16, 17, 18-i tarixlərində “Ömürlük azadlıqdan məhrum edilmişlər ” Beynəlxalq standartlar” mövsuzunda Qobustan Həbsxanasının işçi heyətinə Beynəlxalq Həbsxana İslahatları Təşkilatının ekspertləri və Ədliyyə Nazirliyi Penitinsiar Xidmətinin əməkdaşları tərəfindən təlimlər keçirildi. Təlimlərə ümumilikdə 65 nəfər Qobustan Həbsxanası əməkdaşı cəlb edilmişdir. Təlimlərdə ömürlük azadlıqdan məhrumedilmə sahəsində yerli və beynəlxalq təcrübə müzakirə edilirdi. Bu sahədəki yerli təcrübə, Azərbaycan Respublikasında ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının hüquqi tənzimlənməsi barəsində Ədliyyə Nazirliyi Penitinsiar Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətovun təqdimatı dinlənildi. İdarə rəisi penitinsiar xidmətin nəzarətçilərinə qəbul olunmuş və işin qurulmasında vacib olan qanunlar və qərarlar haqqında dolğun iformasiya verdi. Onlarla işlərində olan nöqsanlar və onların həlli yolu barəsində müzakirə aparan idarə rəisi işçilərin və məhbusların hüquq və öhdəlikləri barədə təlim iştirakçılarına məlumat verdi. Layihə çərçivəsində ölkəmizə dəvət olunmuş ekspert Qivi Mixanadze beynəlxalq qanunvericiliyin bu sahədəki tələbləri, bir çox ölkələrin ömürlük azadlıqdan məhrumedilmişlərlə rəftar, onların hüquqlarının qorunması təcrübəsi ilə bağlı ətraflı söhbətlər apardı.

Qeyd edək ki, layihənin üçüncü mərhələsində ölkəmizdə ömürlük azadlıqdan məhrumedilmişlərin vəziyyəti, beynəlxalq standartlar və layihənin yekunlarına həsr edilmiş milli konfrans keçiriləcəkdir.

 

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLAR

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLAR

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLAR

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLAR

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLAR

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLAR

ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLMİŞLƏR – BEYNƏLXALQ STANDARTLAR

Təqvim

February 2011
M T W T F S S
« Jan   Mar »
 123456
78910111213
14151617181920
21222324252627
28  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO