"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

February 2011
M T W T F S S
« Jan   Mar »
 123456
78910111213
14151617181920
21222324252627
28  

Arxiv

Partnyorlarımız

Dünya Həbsxana Əhalisi Siyahısı

Dünya Həbsxana Əhalisi Siyahısı Dünyada 10 milyon məhbus mövcuddur, yeni məruzədə qeyd olunur.

London Kral Kolleci nəzdində Həbsxana Təlimləri üzrə Beynəlxalq Mərkəzin hazırladığı Dünya Həbsxana Əhalisi siyahısını son nəşrinə əsasən, dünyada 9.8 milyondan artıq insanın cəzaçəkmə müəssisələrində saxlanıldığı aydın nəzərə çarpır. Bu, iki il əvvəlki son nəşrdən bəri 300.000 artım olduğunu göstərir. Əgər Çində “inzibati təcridxalarında” saxlanılan məhbuslar bu siyahıya daxil edilsə, o zaman məhbusların sayı 10.6 milyondan artlq olar.

Roy Valmsley tərəfindən tərtib edilmiş dünya siyahısı qlobal həbsxana əhalisi üzrə ən son məlumatları və 218 ölkədə əhalinin hər 100.000 nəfərinə düşən artımı diqqətə çatdırır. (Rəqəmlər yalnızca altı ölkə üçün – Butan, Ekvatorial Qvineya, Eritreya, Qvineya Bissau, Şimali Koreya və Somalia üçün xarakterik deyil)

Beynəlxalq mərkəzin direktoru Rob Allen şərh verir ki, azadlıqdan məhrumetmə maliyyə, ictimai və etik baxımdan çox xərcə səbəb olduğundan, hər bir ölkədə siyasətçilər həbsxana əhalisinin sayını azaltmaq üçün nə edə biləcəkləri haqda düşünməlidirlər. Azadlıqdan məhrumetmə hallarının artması ictimai təhlükəsizliyin inkişafı üçün mənfi haldır.

– Dünya məhbuslarının təxminən yarısı Birləşmiş Ştatların payına düşür (2.29 milyon), Çin (1.57 milyon) və Rusiya (0.89 milyon) isə ikinci və üçüncü yerləri tuturlar. Onların ardınca Braziliya, Hindistan, Meksika, Tayland, İran, CAR və onuncu yerdə Ukrayna gəlir.
– Birləşmiş Ştatlarda hər 100.000 nəfər əhaliyə 756 məhbus düşür. Bütün dünya üzrə isə (9.8 milyon məhbus və 6.750 milton dünya əhalisi) hər 100.000 nəfərə 145 məhbus düşür.
– Son vaxtlarda ən çox artım Avropa, Türkiyə və Gürcüstanda nəzər çarpmaqdadır (2006-cı ilin ortalarından bəri 50 %-dən çoc artış müşahidə olunur). Avropada məhbus əhalisinə görə eniş isə Ruminiyanın (2006-cı ilin Sentyabr ayından 2 % azalma müşahidə olunur) və Hollandiyanın (2006-cı ilin ortalarından bəri 22 % azalma müşahidə olunur) payına düşür.
– 2006-cı ilin ortalarından bəri nəzərə çarpacaq artımlar Çilidə (28%-dək), Braziliyada (18 %-dək) və İndoneziyada (17 %-dək) müşahidə olunur.
– Məruzədə həmçinin göstərilir ki, məhbus əhalisində baş verən artım hər qitədə müşahidə olunur. Olkələr üzrə yenilənmiş məlumatlarda göstərilir ki, ölkələrdə 71 %-dək artım mövcuddur (Afrika ölkələrində 64 %, Amerikada 83%, Asiyada 76%, Avropada 68 % və Okeaniyada 60 % ).

Dünya Həbsxana Əhalisi Siyahısını İngilis dilində burdan yükləyə bilərsiz

Yüklə

 

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO