"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2010
M T W T F S S
« Nov   Jan »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında

“Dövlət qeydiyyatına alınıb”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində
Qeydiyyat â„– 2791
Nazir ____________F.F. Məmmədov
“18” 04 2002-ci il

“Təsdiq edirəm”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Əmr 7-T
Nazir _________F.F. Məmmədov
“09” 04 2002-ci il

Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında

Ə S A S N A M Ə

1. Bu Əsasnamə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 131.2-ci maddəsinə müvafiq olaraq tərbiyə müəssisələrində məhkumlara göstərilən tərbiyəvi təsirin səmərəliliyini artırmaq və tərbiyə müəssisələrinin müdiriyyətinə islah işində kömək etmək məqsədi ilə bu müəssisələrdə məhkumların valideynlərindən, qanuni nümayəndələrindən və ya digər yaxın qohumlarından ibarət tərkibdə yaradılan valideynlər komitəsinin fəaliyyətini tənzimləyir.

2. Valideynlər komitəsi tərbiyə müəssisəsinin nəzdində yaradılır.

3. Valideynlər komitəsinin aşağıdakı vəzifələri vardır:

– tərbiyə müəssisəsinin müdiriyyətinə məhkumların ailələri ilə qarşılıqlı əlaqə yaradılmasına, məhkumlara tərbiyəvi təsir göstərilməsinə, məhkumların peşə, orta təhsili almalarına, tərbiyə müəssisələrindən azad edilən məhkumlarla tərbiyə işinin nəticəsinin möhkəmləndirilməsinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan məhkumlara köməklik göstərmək;
– cəmiyyətə adaptasiya olunub layiqli vətəndaş olmaları üçün yerli icra hakimiyyəti orqanları ilə iş aparmaq;
– müəssisədə valideynlərlə görüş gününün təşkilində və keçirilməsində tərbiyə müəssisəsinin müdiriyyətinə fəal köməklik göstərmək;
– tərbiyə müəssisəsində himayəçilik şurasının keçirdiyi ictimai tərbiyəvi tədbirlərdə iştirak etmək;
– tərbiyə müəssisəsində yazıçılar, şairlər və ictimai xadimlərlə keçirilən görüşlərdə iştirak etmək;
– tədris prosesinin daha da səmərəli təşkil edilməsi məqsədi ilə Təhsil nazirliyi qarşısında müvafiq vəsatətlər qaldırmaq;
– Gənclər və İdman Nazirliyi ilə birlikdə tanınmış gənc idmançılarla görüşlər təşkil etmək;[1]
– asudə vaxtın səmərəli təşkili məqsədi ilə qeyri – hökumət təşkilatlarının köməyi ilə kompyuter siniflərini təşkil etmək və xarici dillərin öyrənilməsi üçün şərait yaradılmasına köməklik göstərmək;
– tərbiyə müəssisəsinin məhkumları tərəfindən hazırlanmış əl işlərinin sərgisini təşkil etmək;
– görülmüş işlər barədə tərbiyə müəssisəsinin dəstə tərbiyəçilər şurası qarşısında hesabat vermək;
– istehsal sahələrinin yaradılmasına kömək etmək;
– məhkumların islah edilməsi ilə əlaqədar digər vəzifələri həyata keçirmək.

4. Valideynlər komitəsinin tərkibinə məhkumların valideynləri, qanuni nümayəndələri və ya digər yaxın qohumları könüllülük əsasında cəlb edilirlər. Valideynlər komitəsinin sədri və tərkibi həmin şəxslərdən beş nəfərdən ibarət olmaqla müəssisənin rəisi tərəfindən bir il müddətinə seçilir.

5. Valideynlər komitəsinin sədri məktəbin pedaqoji şurasının və dəstə tərbiyəçilər şurasının üzvü hesab olunur. Sədr valideynlər komitəsinin irad və təkliflərini məktəbin pedaqoji şurası və dəstə tərbiyəçilər şurasına məruzə edir.

6. Valideynlər komitəsinin iclasları 2 ayda 1 dəfədən az olmayaraq tərbiyə müəssisəsində keçirilir. Valideynlər komitəsinin fəaliyyətini tərbiyə müəssisəsinin rəisi istiqamətləndirilir.

7. Valideynlər komitəsi aşağıdakı hüquqlara malikdir:

– məhkumların tərbiyə müəssisəsində yaşayış və məişət şəraiti ilə müəyyən edilmiş qaydada tanış olmaq;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, habelə ailə vəziyyəti qeyri sağlam olan məhkumlara yardım göstərmək, habelə məhkumlarla tərbiyə işinin aparılmasında tərbiyə müəssisəsinin müdiriyyətinə köməklik göstərmək məqsədi ilə dövlət orqanlarına, qeyri hökumət təşkilatlarına (ictimai birliklərə və fondlara) müraciət etmək;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məhkumları, habelə cəza çəkmə müddəti ərzində valideynlərlə əlaqəsi olmayan məhkumları sovqat, bağlama və ya banderolla təmin etmək;
– tərbiyə müəssisəsinin rəhbərliyi qarşısında məhkumların saxlanma şəraitinin və təchizatının yaxşılaşdırılması barədə məsələ qaldırmaq;

8. Valideynlər komitəsinin üzvləri tərbiyə müəssisəsinin Daxili İntizam Qaydalarına və müəssisə müdiriyyəti tərəfindən müəyyən edilmiş gün bölgüsünə riayət etməyə borcludurlar.[2]

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 19 iyun 2007-ci il tarixli 3313 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, â„– 05-06)

2. 1 iyul 2010-cu il tarixli 3892 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, â„– 07-08)

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO