"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2010
M T W T F S S
« Nov   Jan »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Quantanamo həbsxanasında saxlanılan azərbaycanlı

Quantanamo həbsxanasında saxlanılan azərbaycanlı ölkəsinə qayıtmaqdan imtina edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavabında bildirib ki, həmin şəxs üçüncü ölkəyə yerləşdirilib və onun vəziyyəti yaxşıdır.
Məlumata görə, P. Siracov hazırda Slovakiyadadır.
Xatırladaq ki, Quantanamoda olan yeganə azərbaycanlı məhbus P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb. 2002-ci ilin yanvarında ailəsinə onun “Taliban” üzvləri ilə birlikdə həbs olunaraq Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Quantanamoda bir neçə dəfə Polad Siracovla görüşüblər.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması barədə 2009-cu ildə sərəncam imzalayıb. Məlum sərəncamdan sonra həmin həbsxanada cəza çəkən məhkumların böyük əksəriyyəti azadlığa buraxılıb. P. Siracov da əfv olunan məhkumlar sırasındadır.

Mənbə: APA İA

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO