"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2010
M T W T F S S
« Nov   Jan »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi

“Dövlət qeydiyyatına alınıb”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində
Qeydiyyat â„– 2790

Nazir __________F.F. Məmmədov
“18” 04 2002-ci il

“Təsdiq edirəm”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində
Əmr 8 – T

Nazir ___________F.F. Məmmədov
“10” 04 2002-ci il

Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi

QAYDASI

1. Bu qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 73.2- ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilmə qaydasını müəyyən edir.

2. Məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir.

3. Məhkumların həyatı və sağlamlığı üçün təhlükə yaradan müxtəlif iğtişaşlar, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə, habelə cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi ilə əlaqədar olaraq məhkumlar eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə Penitensiar xidmətin təqdimatı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin qərarı (əmri) ilə keçirilir.[1]

4. Məhkum aşağıdakı hallarda bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə, bir həbsxanadan digərinə keçirmə Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilmiş qərara (əlavə -1) və həmin qərara müvafiq olaraq tərtib edilmiş fərdi naryada əsasən həyata keçirilir:[2]

a) məhkumun xəstəliyi ilə əlaqədar;
b) məhkumun təhlükəsizliyi ilə əlaqədar (həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa):
c) aşağıdakı müstəsna hallarda:

– Bir cinayət işi üzrə gedən təqsirləndirilən şəxs, şahid və ya zərərçəkmiş şəxsləri, həmçinin cinayətin iştirakçılarını bir – birindən ayırmaq məcburiyyəti olduqda;
– Əməliyyat – axtarış, rejim və profilaktika tədbirlərini keçirdikdə;
– İstehsalatla əlaqədar, təsərrüfat və məişət xidməti işi ilə əlaqədar məhkumların başqa iş sahəsinə və ya başqa yerlərə göndərilməsi zərurəti olduğu hallarda;
– məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda.

5. Qaydanın 4-cü bəndində göstərilən hallarda keçirilmə məsələsinə aşağıdakı əsaslarla baxılır:

– Məhkumların və onların qohumlarının ərizəsinə və ya şifahi müraciətinə əsasən;
– Cəzaçəkmə müəssisələrinin tibbi – sanitariya hissəsinin təşəbbüsü ilə;
– Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsü ilə;
– Səhiyyə İdarəsinin rəisinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında;
– Cəzaçəkmə müəssisəsinin əməliyyat hissəsinin təşəbbüsü ilə;
– Cəzaçəkmə müəssisəsinin rəisinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında.

6. Keçirmə məsələsinə baxılan zaman məhkumun qohumluq əlaqələri, yaşadığı yer, ailə vəziyyəti, səhhətti, habelə əməyə münasibəti və islah olunmasına mənfi təsir edəcək hallar nəzərə alınmalıdır.

7. Ərizənin (vəsatətin) baxılma nəticələri barədə təşəbbüskara məlumat verilir.

8. Ölüm və ağır xəstəlik hallarında, ciddi nəticələrlə müşayiət edilən bədbəxt hadisələr zamanı və ya məhkumun psixi xəstəliklər üçün müəssisəyə keçirdikdə, onun arvadına və ya ərinə, yaxın qohumuna və ya məhkumun əvvəl göstərdiyi hər hansı bir şəxsə cəzaçəkmə müəssisəsinin rəisi (rəis olmadıqda onu əvəz edən məsul şəxs) tərəfindən təcili məlumat verilir.

9. Hər bir məhkumun başqa müəssisəyə keçirilməsi haqqında ailəsinə məlumat verilir.

10. Məhkumlar bir azadlıqdan məhrum etmə yerlərindən digərinə keçirilmə zamanı, imkan daxilində kənar şəxslərin diqqətindən uzaqlaşdırılmalı və onların hər hansı bir təhqirdən, maraqdan və aşkarlıqdan qorunmasından ötrü lazımi tədbirlər görülməlidir.

11. Məhkumların cəzaçəkmə müəssisələrinə keçirilməsi xüsusi nəqliyyat vasitələri və qarovulun müşayiəti ilə həyata keçirilir.

12. Məhkumları fiziki cəhətdən artıq əziyyətə sala bilən və alçaldıcı şəraitli, havası pis dəyişilən və yaxşı işıqlandırılmayan nəqliyyat vasitələri ilə daşımaq qadağandır.

Əlavə -1

“Təsdiq edirəm”
Azərbaycan Respublikası
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi

____________________________________
(rütbəsi, soyadı)
“___”___________20 ____-ci il
________saylı CM-də cəza çəkən

məhkum _________________________
(adı, atasının adı, soyadı)

__________________________________
__________________________________
__________________________________

digər CM-nə keçirilməsinə dair

Q Ə R A R

Mən Azərbaycan Respublikası ƏN Penitensiar xidmətin __ saylı CM-nin rəisi

_________________________________________ müəssisədə cəza çəkən
(rütbəsi, soyadı)

məhkum ______________________________________________
(adı, atasının adı, soyadı)
şəxsi işini və onun barəsində toplanmış sənədləri nəzərdən keçirib,

MÜƏYYƏN ETDİM

Məhkum_________________________________________________________________________
(adı, atasının adı, soyadı)

_________________________________________________________________________________

_________________________________________________________________________________

(xarakterizə edici məlumatlar)

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

(bir müəssisədən eyni növlü müəssisəyə keçirmə səbəbləri qısaca göstərilməlidir)

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________ AR CİM-nin 73.2-ci maddəsinin tələblərini rəhbər tutaraq,

QƏRARA GƏLDİM

1. Məhkum cəzasının qalan

hissəsini çəkmək üçün eyni rejimli_____________ saylı CM-nə keçirilsin.

2. Qərarın surəti məhkum________________________________ şəxsi işinə tikilsin.

3. Qərar ƏN Penitensiar xidmətin arxivinə verilsin.

Azərbaycan Respublikası ƏN
Penitensiar xidmətin ___saylı CM-nin rəisi
______________________________
(rütbəsi, soyadı)

“_____”________________20 _____-ci il

“Razıyam”

Azərbaycan Respublikası ƏN
Penitensiar xidmətin rəis müavini
______________________________
(rütbəsi, soyadı)
“_____”_________________ 20______ -ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 18 iyun 2007-ci il tarixli 3306 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, â„– 05-06)

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

——————————————————————————–

[1] 18 iyun 2007-ci il tarixli 3306 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, â„– 05-06) ilə “Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi Qaydası”nın 3-cü bəndində “Baş İdarənin” sözləri “Penitensiar xidmətin” sözləri ilə əvəz edilmişdir.

[2] 18 iyun 2007-ci il tarixli 3306 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, â„– 05-06) ilə “Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi Qaydası”nın 4-cü bəndində “Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (bundan sonra – MQİBİ)” sözləri, əlavə 1-də isə “MQİBİ-nin” sözləri “Penitensiar xidmətin” sözləri ilə əvəz edilmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO