"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2010
M T W T F S S
« Nov   Jan »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Azərbaycanda həbsxanaya soğanın içində narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycanda həbsxanaya soğanın içində narkotik maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən bazar ertəsi KİV-ə verilən məlumata görə, həbsxananın əməliyyat aparatları tərəfindən əldə olunmuş məlumat əsasında, həmin müəssisədə cəza çəkən 1965-ci il təvəllüdlü Bəxtiyar İsbəndiyar oğlu Qəhrəmanovun yanına sovqat gətirmiş tanışı, Şirvan şəhər sakini, 34 yaşlı Niyaməddin Həmid oğlu Əlixanovun gətirdiyi ərzaq məhsullarına və əşyalarına baxış keçirilərkən bir ədəd soğanın içərisinə oyularaq yerləşdirilmiş ayrı-ayrılıqda 2 (iki) ədəd sellofana bükülmüş xalis çəkisi 4,980 qram narkotik maddə – heroin tapılaraq götürülüb.
Qəhrəmanov Cinayət Məcəlləsinin 234.2 (satıs məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: Trend.az

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO