"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

December 2010
M T W T F S S
« Nov   Jan »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Elçin Salmanovun iştirakı ilə Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyyə Müəssisəsində görüş

Bu gün, 14 dekabr 2010-cu il tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün Tərbiyyə Müəssisəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq hüquqlarının təmin edilməsi: problemlər və perspektivlər” və AİDS-in profilaktikası mövzüsunda tədbir keçirildi.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Uşaq Hüquqları Klinikası, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin Yoluxucu Xəstəliklər üzrə Koordinatoru, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri iştirakı edirdi.
Tədbirdə uşaq hüquqlarının pozulması və problemlərin aradan qaldırılması, uşaqlara qarşı zorakılıq, HİV-QİÇS, narkomaniya və s. mövzular müzakirə olundu. Görüşdə çıxış edən “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin icraçı direktoru Elçin Salmanov azyaşlı məhbuslara uşaqların yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş hüquqları haqda məlumat verdi. İnteraktiv metodoligiya əsasında aparılan söhbətlər azyaşlılara öz hüquq və vəzifələrini hərtərəfli dərk etmə imkanı yaratdı.

Mətbuat Xidməti

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO